Köklü klub zəlzələyə görə dağılır
KÖKLÜ KLUB ZƏLZƏLƏYƏ GÖRƏ DAĞILIR
29 Yanvar 2020 14:30 İdmanTürkiyənin TFF 2-ci liqasında çıxış edən "Elazığspor" dağılır.
Bu barədə klub prezidenti Selçuk Öztürk açıqlama verib.
O, liqada çəkilməklə bağlı qərarı Elazığda baş verən güclü zəlzələ ilə əlaqələndirib:
"Klubun bazasında çatlar əmələ gəlib. Kənardan gələn futbolçularımız da getmək istəyirlər. Hər kəs narahatdır. Belə bir durumda oyunlara çıxa bilmərik. Ad haqqını qorumaq şərti ilə çempionatdan çıxmaq üçün federasiyaya müraciət edəcəyik".
Qeyd edək ki, "Elazığspor" 1967-ci ildə yaradılıb.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31