"Mançester Yunayted"in vitse-prezidentinin evinə hücum edildi
“MANÇESTER YUNAYTED”İN VİTSE-PREZİDENTİNİN EVİNƏ HÜCUM EDİLDİ
29 Yanvar 2020 14:27 İdmanİngiltərənin "Mançester Yunayted" futbol klubunun fanatları "Manchester United" kompaniyasının icraçı direktoru və icraçı vitse-prezidenti Ed Vudvordun evinə hücum ediblər.
Aqressiv azarkeşlər qrupu Vudvordun evinə falşfeyerlər atıblar.
KİV-in məlumatına görə, həmin vaxt Vudvord və ailəsi evdə olmayıblar.
"Mançester Yunayted"in nümayəndələri bildirib ki, artıq hücum edən şəxslərin kimliyi müəyyənləşdirilir. Günahkarlar məhkəmə qarşısına çıxarıla və matçlarda iştirak etməkdən məhrum edilə bilərlər.
Daha əvvəl azarkeşlər futbol matçı zamanı Vudvordu ölümlə hədələmişdi.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31