Kobi Brayantın adı əbədiləşdiriləcək

Kobi Brayantın adı əbədiləşdiriləcək

Helikopter qəzasında dünyasını dəyişən amerikalı basketbolçu Kobi Brayantın adı əbədiləşdiriləcək.

Olaylar.az qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Redco-Emiliya şəhərinin meri Luka Vekki Feysbuk hesabında məlumat verib.

Onun sözlərinə görə, həmin şəhərdə meydanlardan birinə əfsanəvi basketbolçunun adı veriləcək. Vekki Brayantın uşaq ikən Redco-Emiliyada yaşadığını və yerli basketbol klubunun şərəfini qoruğunu söyləyib.

Xatırladaq ki, helikopter qəzası nəticəsində Kobi Brayant və onun 13 yaşlı qızı Cianna ilə birlikdə 9 nəfər vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31