Ronaldonun komanda yoldaşı ilə dodaq-dodağa görüntüsü yayıldı, ara qarışdı
21 Yanvar 2020 15:15 İdmanİtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldo daha bir maraqlı hadisə ilə gündəmə gəlib.
34 yaşlı hücumçunun komanda yoldaşı Paulo Dibala ilə dodaq-dodağa görüntüsü yayılıb.
Belə ki, oyunun 58-ci dəqiqədə "Parma"nın qapısına vurduğu qoldan sonra ona ötürmə verən P. Dibalanı qucaqlamaq istəyərkən kurioz hadisə yaşanıb. Onların üzləri toqquşub və təsadüfən öpüşüblər. Həmin an kameraların obyektivinə düşüb.
Bu fotolar sosial şəbəkələrdə yayıldıqdan sonra isə ara qarışıb. Belə ki, görüntü böyük müzakirələrə səbəb olub.

yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31