Atletimiz Qış Olimpiya Oyunlarında 8-ci yerdə qərarlaşdı
Atletimiz Qış Olimpiya Oyunlarında 8-ci yerdə qərarlaşdı
14 Yanvar 2020 12:48 İdmanFiqurlu konkisürmə idman növündə mübarizə aparan atletimiz sərbəst proqramda çıxış edib. Milli Olimpiya Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Yekaterina Ryabova iki çıxışın cəmində 169,37 xal toplayaraq yekun nəticədə 8-ci yeri tutub.
Atletimizin uğurlu çıxışını Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri Xanım İbrahimova, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Rauf Xəlilov izlənib.
Xatirladaq ki, Azərbaycan bu yarışlara ilk dəfə qatılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31