Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək
Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək
9 Yanvar 2020 15:47 İdmanKişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların keçirilmə yeri və başlama vaxtı dəqiqləşib. "OLAYLAR"-a Azərbaycan Voleybol Federasiyasından daxil olan məlumata görə, I dövrənin növbəti matçı yanvarın 10-da təşkil olunacaq.
Həmin gün saat 17:00-da "MOİK" "Murov"u sınağa çəkəcək. Görüş Voleybol Mərkəzində keçiriləcək.
Ertəsi gün "Neftçi" "Express"lə münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşmaya isə FHN-nin idman zalı evsahibliyi edəcək. Görüşün start fiti saat 14:00-da veriləcək.
Qeyd edək ki, bu oyunlaradək "Neftçi" "Murov"a, "MOİK" "Azərreyl"ə 3:0 hesabı ilə qalib gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31