Daha bir tanınmış futbolçunun heykəlinə hücum olub
Daha bir tanınmış futbolçunun heykəlinə hücum olub
7 Yanvar 2020 13:20 İdmanÇili milli komandasının və İtaliyanın "İnter" klubunun futbolçusu Aleksis Sançesin ölkəsindəki heykəlinə xuliqanlar tərəfindən zərər verilib.
32 yaşlı hücumçunun heykəlinin üzü dağıdılıb. Həmçinin heykəlin sağ ayağına ziyan verilib və oyunçunun formasındakı 7 rəqəmi silinib.
Qeyd edək ki, Aleksis Sançes müqavilə ilə İngiltərənin "Mançester Yunayted" klubuna məxsusdur. Onun heykəli 2017-ci ildə quraşdırılıb. Daha öncə İtaliya "Milan"ında çıxış edən Zlatan İbrahimoviçin heykəli aşırılıb.



report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31