Ronaldo 4-cü dəfə ilin ən yaxşı oyunçusu seçildi

Ronaldo 4-cü dəfə ilin ən yaxşı oyunçusu seçildi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Globe Soccer Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo 2019-ci ilin ən yaxşı oyunçusu seçilib.

O, mükafat uğrunda mübarizədə Lionel Messi ("Barselona"), Vircil van Deyk, Məhəmməd Salahı (hər ikisi "Liverpul") qabaqlayıb. Bununla da o, Globe Soccer Awards versiyasına görə, ardıcıl 4-cü, ümumilikdə 6-cı dəfə ilin ən yaxşı oyunçusu olub.

XeberOxu.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31