Yavər İmanov erməni idmaçısı üzərində təmiz qələbə qazandı
Ukraynada Dünya Oyama Kyokuşin Təşkilatının dəstəyi ilə keçirilən Açıq Beynəlxalq Kyokuşin yarışında ölkəmizi Azərbaycan Oyama Kyokuşin təşkilatı təmsil edib. Olaylar.az bildirir ki, ölkəmiz beynəlxalq yarışa WOKO-nun prizidenti Kanço İgor Piven (9 Dan) və direktor Şihan Əziz Əşrəfov (7 Dan) tərəfindən dəvət olunmuşdur.
19 Dekabr 2019 12:20 İdmanUkraynada Dünya Oyama Kyokuşin Təşkilatının dəstəyi ilə keçirilən Açıq Beynəlxalq Kyokuşin yarışında ölkəmizi Azərbaycan Oyama Kyokuşin təşkilatı təmsil edib.
Olaylar.az bildirir ki, ölkəmiz beynəlxalq yarışa WOKO-nun prizidenti Kanço İgor Piven (9 Dan) və direktor Şihan Əziz Əşrəfov (7 Dan) tərəfindən dəvət olunmuşdur.
Azərbaycan yığma komandasını baş məşqiçisi Şihan İnşallah Camalov (5 Dan), 15 döyüşçü, 2 müəllim və hakim Abbas Abbasov təmsil ediblər. 6 ölkənin iştirak etdiyi yarışda Azərbaycan komandası birinci yerə laiq görülmüşdür.
İdmançılardan Ramil Mirzayev, Yaver İmanov, Emil Şamilov, Ozal Quliyev, Abbas Dünyamalıyev, Nihad Qədirov, Vüsal Məmmədov qızıl, Heydər Abbasov, Nihad Muradlı, Ramiz Abbasov, Məhəmməd Əliyev, Uğur Abbasov gümüş, Ülvi Qəhrəmanlı və Hüseyin İsmayılov isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, yarış zamanı Azərbaycan Oyama Kyokuşin təşkilatının döyüşçüsü Yavər İmanov erməni idmançısı üzərində təmiz qələbə qazanmışdır. Yavər İmanov yarış müddəti bütün rəqiblərini məğub edərək , qalib olmuşdur. İdmançı düşmənlərimizin qarşısında Azərbaycan bayrağını qaldıraraq, himnimizi səsləndirmişdir.
