“El Klasiko”dan öncə etiraz aksiyası
“El Klasiko”dan öncə etiraz aksiyası
17 Dekabr 2019 17:28 İdmanDekabrın 18-də oynanılacaq "Barselona" - "Real" oyunundan əvvəl yerli azarkeşlər aksiya keçirməyi planlaşdırırlar.
Bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, 25 min azarkeşin artıq planla razılaşdığı və matçdan əvvəl "Kamp Nou"nun ətrafında etiraz aksiyasına başlayacağı bildirilir. Etirazın İspaniya hökumətinə qarşı olacağı gözlənilir.
Qarşılaşma zamanı təhlükəsizlik tədbirləri artırılacaq və 3 min mühafizə əməkdaşı xidmət göstərəcək.
Dekabrın 18-də keçiriləcək "Barselona" - "Real" matçı saat 23:00-da start götürəcək.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31