İrqçiliyə qarşı meymunlu kampaniya qalmaqal yaratdı - Foto
İrqçiliyə qarşı meymunlu kampaniya qalmaqal yaratdı - Foto
17 Dekabr 2019 16:54 İdmanİtaliya futbolunda tez-tez yaşanan irqçiliyi qınamaq üçün maraqlı addım atılıb.
Bunun üçün A Seriya rəhbərliyinin köməyinə incəsənət çatıb. Belə ki, qurumun Milan şəhərində yerləşən qərargahında Simyon Fuqazatton imzalı 3 meymun şəkili asıblar. "İrqçiliyi dayandır!" pankartının yanına asılan bu portretlərin "qardaşlıq, bütünləşmə və çoxmədəniyyətlilik" dəyərlərinin yayılacağına yardımçı olacağı açıqlanıb.
S.Fuqazatton bu rəsmlərlə insanlarla meymunlar arasında heç bir fərq olmadığını göstərmək istəyib. Sənətçi "Napoli"nin Seneqal əsilli fransalı futbolçusu Xalidu Kolibaliyə qarşı irçqi şüarlar səsləndirən, meymun səsləri çıxaran azarkeşlərə cavab olaraq belə bir rəsm əsəri yaratmaq qərarına gəlib. O, sənət əsərlərinin mənasını bu cür izah edib:
"Təkamül nəzəriyyəsinin bizə dediyi kimi, mavi gözlü Qərb meymununu, sonra badam gözlü Asiya meymununu və qara meymunu çəkdim. Bu anda hamımız meymunuq".
Lakin onun bu rəsmi heç də birmənalı qarşılanmayıb. Futboldakı ayrıseçkiliyə qarşı qurulan "Siçan" adlı təşkilat rəsmlər haqqında bu sözləri deyib:
"Bu bir təhqirdir və kobudluqdur. İtaliyan futbolu insanların bir daha səssiz qalmasına səbəb oldu. Bu şəkillər Afrika irsinə sahib insanları insani xüsusiyyətlərindən ayırmağa xidmət edən rəsmlərdir".
Xatırladaq ki, İtaliyada ən son irqçiliyi məşhur "Corriere dello Sport" qəzeti etmişdi. Ötən ay məşrin manşetində A Seriyasının 15-ci turunda "İnter"lə "Roma" arasında keçiriləcək qarşılaşma haqda xəbərdə iki Afrika əsilli oyunçunun - Romelu Lukaku ("İnter"), Kris Smollinqin ("Roma") şəkli qoyulmuş və başlıqda isə "Black Friday" (Qara Cümə) yazılmışdı.
Bundan əlavə, ötən ay "İnter"in hücumçusu Romelu Lukakuya və "Milan"ın yarımmüdafiəçisi Frank Kessiyə qarşı azarkeşlər meymun səsləri çıxartmışdı. Bu da yenidən böyük qalmaqala və narazılığa səbəb olmuşdu.
