Özil türk dünyasının qanayan yarasından yazdı - Foto

Özil türk dünyasının qanayan yarasından yazdı - Foto

Türk əsilli ulduz futbolçu Məsud Özil sosial şəbəkə hesabında rəsmi Pekinin Çinin Sintszyan-Uyğur muxtar vilayətində uyğur türklərinə təzyiq göstərməsinə diqqət çəkib.

M.Özil "Xeyrli cümələr, Şərqi Türküstan" həştəqi ilə paylaşım edib.

Sözügedən paylaşımda Sintszyan-Uyğur muxtar vilayəti adlandırılan Şərqi Türküstanda insanlara zülm edilməsi, Quranın yandırılması, məscidlərin bağlanması, uyğur din adamlarının qətlə yetirilməsi, ümumilikdə Çinin uyğur türklərini assimilyasiya etməyə çalışması qeyd edilib.

Paylaşımda həmçinin, Hz Əlinin fikirlərinə də yer verilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31