Ronaldu onunla şəkil çəkdirmək istəyən azarkeşə əsəbləşib
Ronaldu onunla şəkil çəkdirmək istəyən azarkeşə əsəbləşib
12 Dekabr 2019 10:39 İdmanİtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu onunla şəkil çəkdirmək istəyən azarkeşə əsəbləşib.
İnsident Turin təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - VI turunda "Bayer"i Almaniyada 2:0 hesabı ilə məğlub etdiyi oyundan sonra baş verib. Final fitindən sonra şəkil çəkdirmək üçün meydana qaçan azarkeş 34 yaşlı portuqaliyalı futbolçunu bir qədər sərt tutub. Fanatın davranışından narazı qalan Ronaldu ona etirazını bildirib və meydandan uzaqlaşıb.
Qeyd edək ki, Ronaldu "Bayer"lə oyunda qollardan birinin müəllifi olub. Bu qələbədən sonra xalını 16-ya çatdıran "Yuventus" D qrupunun birincisi kimi pley-offa vəsiqə qazanıb.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31