Daha bir hakimimiz beynəlxalq yarışa təyinat alıb

Daha bir hakimimiz beynəlxalq yarışa təyinat alıb

Azərbaycanın Beynəlxalq dərəcəli hakimi Eldar Əliyev CEV kubokunun 1/16 final mərhələsinin matçına təyinat alıb. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan Voleybol Federasiyasından daxil olub. 

Qeyd edək ki, Eldar Əliyev, kişi voleybolçular arasında keçiriləcək "Lokomotiv" (Rusiya)-"Çaumont" (Fransa) oyununda ikinci hakim olacaq. 

Dekabrın 11-də Novosibirskdə təşkil olunacaq görüşdə əsas referi serbiyalı Mirko Yankoviç olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31