“Traktor”un prezidenti istefa verib

“Traktor”un prezidenti istefa verib

İranın "Traktor" klubunda növbəti istefa gerçəkləşib. 

Olaylar.az  Apasport.az-a istinadən xəbər verir ki, Təbriz təmsilçisinin prezidenti Qulamreza Sadegiyan postundan ayrılıb. 

O, istefasını kənar müdaxilələrin olması ilə əlaqələndirib. 

Qeyd edək ki, ondan 3 gün öncə komandanın türkiyəli baş məşqçisi Mustafa Dənizli də istefa verərək, vətəninə dönüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31