Məşhur qəzetin manşeti ölkəni qarışdırdı - FOTO

Məşhur qəzetin manşeti ölkəni qarışdırdı - FOTO

İtaliyada nəşr olunan məşhur "Corriere dello Sport" qalmaqallı manşetlə yayımlanıb.

Qəzet "İnter" - "Roma" matçı üçün "Black Friday" (Böyük alış-veriş endirimi kampaniyası olan "Qara Cümə") başlığından istifadə edib.

"Corriere dello Sport" bu başlıqla yayımladığı manşetə "İnter"in qaradərili futbolçusu Romelu Lukaku ilə "Roma"dan Kris Smallinqin fotosunu yerləşdirib. Qəzetin bu addımı ölkədə narazılığa səbəb olub və irqçilik olaraq dəyərləndirilib.

Artıq iki klub - "Roma" və "Milan" "Corriere dello Sport"un əməkdaşlarının yanvar ayınadək klubun bazasına girişini qadağan edib.

fanat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31