AVRO 2020 - Yığmamızın rəqibləri müəyyənləşdi

AVRO 2020 - Yığmamızın rəqibləri müəyyənləşdi

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb.
Olaylar.az  AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda Fransa, Yunanıstan və Moldova komandaları ilə birgə mübarizə aparacaq.
Bu qrupun oyunları 2020-ci il oktyabrın 7-də, 10-da və 13-də Moldovoda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31