Azərbaycanlı hakim Çempionlar Liqasının matçına təyinat alıb
Azərbaycanlı hakim Çempionlar Liqasının matçına təyinat alıb
3 Dekabr 2019 13:14 İdmanAzərbaycanın Beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Çempionlar Liqasının matçına təyinat alıb. "OLAYLAR"-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, E.Zülfüqarov kişi voleybolçular arasında keçiriləcək "Verva " (Polşa)-"TOURS VB " (Fransa) oyununda ikinci hakim olacaq. Varşavanın "Ursinov Arena"sında baş tutacaq görüşdə əsas referi funksiyasını Andrey Zenoviç yerinə yetirəcək, matç dekabrın 4-də olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31