Voleybolçu xanımlarımız “Qızıl Avro Liqa”da yarışacaq
Voleybolçu xanımlarımız “Qızıl Avro Liqa”da yarışacaq
21 Noyabr 2019 13:33 İdmanVoleybol üzrə milli yığma komandalar arasında keçirilən "Avro Liqa" yarışları son bir neçə ildə öz formatında dəyişikliklər edib.
"OLAYLAR"-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, Avropa üzrə reytinqi yüksək olan komandalar "Qızıl", digər komandalar isə "Gümüş" Avro Liqa yarışında iştirak edirlər.
Qeyd edək ki, 2020-ci ilin may-iyun aylarında voleybol üzrə qadınlardan ibarət milli komandamız "Qızıl Avro Liqa"da, kişilərdən ibarət milli komandamız isə "Gümüş Avro Liqa"da iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31