Voleybolçu qəzlar arasında birinciliyə start verilib
Voleybolçu qəzlar arasında birinciliyə start verilib
14 Noyabr 2019 16:45 İdmanAzərbaycan Voleybol Federasiyasının İdman zalında 2006-2007 təvəllüdlü qızlar arasında Bakı birinciliyinə start verilib. Federasiyadan "OLAYLAR"-a bildirilib ki, Bakı İdman İdarəsi və Azərbaycan Voleybol Federasiyasının birgə keçirdiyi yarışda 6 komanda (UGİM, Xətai, Azərreyl 1, Azərreyl 2, Abşeron, Azəri) iştirak edib. Birincilik dairəvi sistem üzrə keçirilir. Yarışın ilk günündə Azərreyl 1 komandası Azərreyl 2-ni, Azəri komandası isə Xətaini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ən çox xal qazanan komanda Bakı birincisi olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31