"DÇ-2010"da ilk qolun müəllifinə Azərbaycandan təklif
"DÇ-2010"da ilk qolun müəllifinə Azərbaycandan təklif
7 Noyabr 2019 14:12 İdmanCənubi Afrika Respublikası (CAR) millisinin sabiq futbolçusu Sipive Çabalala karyerasını Azərbaycanda davam etdirə bilər.
35 yaşlı hücumçu ilə Premyer Liqanın bir neçə klubu maraqlanır. İddiaya görə, onların sırasında Çabalala ilə vətənində "Kayzer Çifs"də komanda yoldaşı olan Hendrik Ekşteynin hazırda formasını geyindiyi "Sabah" da var.
Bu ilin yayında "Ərzurumspor"dan ayrılan və həmin vaxtdan bəri klubsuz olan oyunçu karyerasını bitirməyə tələsmir. Bir neçə klubla danışıq aparan forvardın 2 illik müqavilə tələbi onun xidmətində maraqlı olan komandalarla anlaşmasına mane olan yeganə məqamdı.
Qeyd edək ki, Çabalala 2010-cu ildə CAR-da keçirilən dünya çempionatının açılış matçında ilk qolun müəllifi kimi tarixə düşüb. O, Meksika yığması ilə görüşün 55-ci dəqiqəsində hesabı açsa da, rəqib 79-cu dəqiqədə bərabərlik topunu vura bilib.
fanat.az