Məhkəmə Neymarla bağlı qərarı açıqladı
Məhkəmə Neymarla bağlı qərarı açıqladı
5 Noyabr 2019 17:14 İdmanFransa məhkəməsi PSJ-nin futbolçusu Neymarla bağlı qərarı açıqlayıb.
Olaylar.az qol.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu ölkə kubokunun finalında "Renn"lə matçdan sonra azarkeşi vurduğu üçün cəzalandırılmayıb. Ona etdiyi hərəkətə görə yazılı xəbərdarlıq göndərilib.
Qeyd edək ki, Neymar görüşdən sonra mükafatlandırma mərasimi zamanı onu təhqir edən azarkeşi vurub. Həmin azarkeş məhkəməyə oyunçudan şikayət edib.
Xatırladaq ki, Fransa Futbol Federasiyası Neymarı bu hərəkətinə görə üç oyunluq cəzalandırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31