Mina Abbasovadan növbəti qızıl medal - bu dəfə Rumıniyada

Mina Abbasovadan növbəti qızıl medal - bu dəfə Rumıniyada

Rumıniyanın Arad şəhərində Bədii Gimnastika üzrə​​ ​"Arad Trophy - 2019"   Beynəlxalq Turniri keçirilib.​ Olaylar.az bildirir ki, Rumıniya ilə yanaşı, Macarıstan, Moldova, Belarusiya, Bosnya və Hersoqovina, Serbiyadan olan müxtəlif yaş kateqoriyalı, ümumilikdə 290 gimnastın iştirak etdiyi yarışlarda Azərbaycanı balaca gimnastımız - Mina Abbasova təmsil edib.​

Yeni mövsümdə mötəbər idman tədbirinə yeni proqramla qatılan gimnastımız topla ifasına görə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Qızıl medala sahib olub. Azərbaycanın Xalq artisti, bəstəkar Eldar Mansurovun melodiyası altında qurulan uğurlu rəqs nömrəsi milli koloritlə, məhz Azərbaycana məxsus milli detallarla seçildiyi uçun münsiflər heyətinin və azarkeşlərin böyük marağına səbəb olub. Mina bu dəfə  yarışa Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın məxsusi olaraq bu çıxış üçün hazırladığı  milli ornamentlerlə zəngin idman kostyumunda qatılıb.   

Həmişə olduğu kimi, Azərbaycan bayrağına bürünərək yüksək mükafatını qəbul edən balaca gimnastımız sayca 36-cı medalını (14 qızıl, 19 gümüş, 3 bürünc) qazanıb.    

Mina Abbasova indiyədək iştirak etdiyi bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə hər kəsin diqqətini cəlb edib. O, beş yaşından başlayaraq Macarıstanda beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Makusun rəhbərlik etdikləri "Rus Rg Sport" klubunun üzvüdür. 10 yaşlı balaca gimnastımızının ən böyük arzusu ölkəmizi böyük miqyaslı dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31