Türkiyə futbolunda biabırçı olay: klub nümayəndəsini iclas zamanı döydülər - VİDEO
Türkiyə futbolunda biabırçı olay: klub nümayəndəsini iclas zamanı döydülər - VİDEO
1 Noyabr 2019 11:38 İdmanTürkiyə Super Liqa təmsilçisi "Ankaragücü" klubunun idarə heyəti hesabat iclası keçirərkən qalmaqal yaşanıb.
Olaylar.az xəbər verir ki, idarə heyətinin üzvü Əli İhsan Mutlu çıxışı zamanı klub prezidenti Mehmet Yigineri maliyyə hesabatını düzgün təqdim etməməkdə ittiham edib.
Klub prezidenti cavabında Əli İhsanı təhqir edib. Digər klub nümayəndələri Əli İhsana hücum çəkib, onu yumruq və təpiklə vurublar.
Mühafizə xidmətini Əli İhsan tədbirdən çıxarıb.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31