Ən çox maaş alan məşqçilərin adları açıqlanıb

Ən çox maaş alan məşqçilərin adları açıqlanıb

İngiltərədə bütün idman növləri üzrə ən yüksək əmək haqqı alan məşqçilərin adları açıqlanıb.

Olaylar.az bildirir ki, siyahının lideri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola olub.

İspaniyalı mütəxəssisin illik maaşı 20 milyon funt sterlinq təşkil edir.

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino və "Mançester Yunayted"ə rəhbərlik edən Ole Qunnar Sulşer üçlüyü tamamlayıb. Onların illik məvacibi müvafiq olaraq 8,5 və 7,5 milyon funt sterlinqdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31