Əsgər salamı verən türk idmançılar klubdan atıldı

Əsgər salamı verən türk idmançılar klubdan atıldı

Yunanıstanın "Olimpiakos" həndbol komandası iki türk oyunçunu komandadan uzaqlaşdırıb.

Olaylar.az bildirir ki, buna  Durmuş Əli Tınkır və Yunus Özmusulun hərbi salam verməsi əsas gətirilib.

"Olimpiakos" həndbol komandası 2021-ci ildə keçiriləcək həndbol üzrə dünya çempionatının seçmə mərhələsində milli komanda formasıyla hərbi salam verdiyi üçün Tınkırla müqaviləyə son verib. Yunanıstanın AEK komandasında qapıçılıq edən Yunus Özmusul da heyətdən kənarlaşdırılıb. AEK Yunus Özmusul haqqında hələ ki rəsmi qərarını açıqlamayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31