UEFA Bakıdan danışdı - VİDEO

UEFA Bakıdan danışdı - VİDEO

UEFA AVRO-2020-nin final mərhələsinin oyunlarına ev sahibliyi edəcək 12 şəhərlə bağlı süjet hazırlayıb.

Olaylar.az qurumun rəsmi saytına  saytına istinadən bildirir ki, tanıtım xarakterli videoda Azərbaycan paytaxtının özəlliklərindən söhbət açılıb. Qyd edilib ki, Bakı dəniz səviyyəsindən ən aşağı mövqedə (28 m) qərarlaşan paytaxt kimi qəbul olunur və ləqəbi "Küləklər şəhəri"dir: "Bakının sərvəti XIX əsrdən bəri buradan ixrac olunan neftdən qaynaqlanır. Şəhər çox müasir memarlıq nümunələri ilə doludur, ancaq buranın neft ticarətindən əvvəl necə olduğunu İçərişəhərə baş çəkməklə hiss edə bilərsiniz. Buradakı Qız Qalası və XV əsrə aid Şirvanşahlar Saray Kompleksi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bakı Olimpiya Stadionunda "Çelsi"nin "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdiyi 2019-cu il UEFA Avropa Liqasının final oyunu baş tutub. Azərbaycan millisinin evi sayılan arena Olimpiya Kəndinin bir hissəsidir. Hərçənd Bakı hələ Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyib".

Video linkdə:

https://bax.tv/video/78227.html

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31