400-ə yaxın idmançının qatıldığı yarışda qaliblər müəyyən edilib
400-ə yaxın idmançının qatıldığı yarışda qaliblər müəyyən edilib
28 Oktyabr 2019 15:09 İdmanŞəmkir rayonunda Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi və Şəmkir Rayon Gənclər və İdman İdarəsinin təşkililatçılığı ilə Dövlət Müstəqilliyi Gününə həsr edilmiş Şəmkir Açıq Birinciliyinə yekun vurulub. "OLAYLAR" xəbər verir ki, ümumilikdə 30 komandadan 400-ə yaxın idmançının qatıldığı yarışda Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin Taekvondo dərnəyinin rəhbəri Elməddin Vəliyevin rəhbərlik etdiyi "Ra R.U.G.İ.M" komandası birinci yerə ,"Gəncə" T.K. komandası ikinci yerə, "Xəzər" T.K komandası 3-cü yerə çıxıb.
Yarışıda 4-cü piləni "Təhsil-Sumqayıt" komandası, 5-ci yeri isə "Şəmkir" komandası tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31