Qadın idmançımız Ukraynada bayrağımızı dalğalandırdı
Qadın idmançımız Ukraynada bayrağımızı dalğalandırdı
24 Oktyabr 2019 15:55 İdman19 Oktyabr Ukraynanın Kiyev şəhərində 16-17 yaşlılar arasında keçirilən Kombat Ciu Citsu döyüş növü üzrə 60 kq çəki dərəcəsində qürurumuz Fidan Yusifova qızıl medal qazanaraq bayrağımızı dalğalandırıb. Dünya çempionumuz Fidanla müsahibəmiz zamanı öz arzusunun hər hansısa bir xarici dövlətdə şanlı bayrağımızı dalğalandırmaq olduğunu və bu arzusuna çatdığı üçün çox sevincli olduğunu bildirdi. Bizdə ona öz sahəsində daima uğurlar əldə etməsini diləyirik.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31