Məşhur idman mağazası köhnə geyimləri yeniləri ilə əvəz edir
Məşhur idman mağazası köhnə geyimləri yeniləri ilə əvəz edir
23 Oktyabr 2019 14:33 İdmanDünyanın ən nəhəng idman geyimləri istehsalçılarından biri olan "Adidas" yeni bir proqram layihəsinə start verib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, proqram layihəsi çərçivəsində son beş il ərzində həmin brenddən alınmış qiyməti 25 dollardan az olmayan əşyaları geri qaytarmaq olacaq. Əvəzində isə şirkət öz mağazalarından növbəti alış-veriş üçün çeklər təqdim edir.
Alman brendinin bu təşəbbüsü dünyada geyimlərin istehsalı ilə əlaqədar artan tullantı sayı probleminin həll edilməsinə yönəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31