Rusiyalı futbolçu polislər tərəfindən yandırılaraq öldürülüb

Rusiyalı futbolçu polislər tərəfindən yandırılaraq öldürülüb

Rusiyanın "Proqres" klubunun futbolçusu İvan Vşikov öldürülüb. Bu barədə məlumatı onun anası Olqa Vşikov verib. 

Onun sözlərinə görə polislər tərəfindən tutulan oğlu yandırılaraq öldürülüb. Olqa Vşikov bildirib ki, oğlunun üzərinə qaynar su tökülüb: "Həkimlər dedilər ki, oğlumun bədəninin 70 faizi yanıb. Onun üzərinə qaynar su töküblər. Bu cinayət hadisəsidir. Polislərlə bağlı şikayət edəcəm".

Qeyd edək ki, evli olan İvan Vşikovun 2 övladı var. O, bu yaxınlarda kiçik xuliqanlıq əməlinə görə saxlanılmışdı.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31