"Beşiktaş"ın yeni prezidenti müəyyənləşib
"Beşiktaş"ın yeni prezidenti müəyyənləşib
21 Oktyabr 2019 13:43 İdmanƏhməd Nur Çebi Türkiyənin Beşiktaş klubunun yeni prezidenti seçilib.
Olaylar.az türk mediasına istinadən bildirir ki, O, prezident seçkisində digər namizədlər Serdal Adalı və Hürser Tekinoktayı səsvermədə geridə qoyub.
Çebi 5009, Adalı 2983, Tekinoktay isə cəmi 537 səs toplaya bilib.
Əhməd Nur Çebi "Beşiktaş" tarixinin 34-cü prezidenti olub. O, qarşıdakı 2.5 il ərzində "qara qartallar"ın başında başında olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31