Araz Abdullayev Bakı küçələrində avtoşluq edir - QALMAQALLI VİDEO
Araz Abdullayev Bakı küçələrində avtoşluq edir - QALMAQALLI VİDEO
18 Oktyabr 2019 15:22 İdmanAzərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Araz Abdullayev yenidən yol-hərəkəti qaydalarını pozmasına görə gündəmə gəlib.
Olaylar.az xəbər verir ki, futbolçu bahalı idman avtomobili ilə sürətlə hərəkət edərək etdiyi tryukları videoya çəkdirib və daha sonra sosial şəbəkədə paylaşıb. Arazın bu əməli bir çox insanlar, eləcə də bəzi futbolçular tərəfindən qınaqla qarşılanıb.
Qeyd edək ki, bir neçə il əvvəl Araz Abdullayev idarə etdiyi idman avtomobili ilə Xətai rayonu Nobel prospektində 2 süpürgəçini vurmuşdu və barəsində cinayət işi açılmışdı. Lakin həmin vaxt A.Abdullayev həbs olunmamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31