Klub prezidenti futbolçulara sosial şəbəkələri qadağan elədi

Klub prezidenti futbolçulara sosial şəbəkələri qadağan elədi

İdman dünyasına sosial şəbəkələrin böyük təsir etdiyi dönəmdə Misirin "Zemalek" klubu gözlənilməz addım atıb.

Olaylar.az  xəbər verir ki, klub prezidenti Mortada Mansur futbolçuların oyuna köklənməsi üçün sosial şəbəkələri qadağan edib.

"Sosial şəbəkələrdə kim hesab açsa, maaşının yarısını cərimə ödəyəcək. Hər paylaşımın da cəzası olacaq", - klub rəhbəri qeyd edib.

Ötən mövsüm "Zemalek" Misir çempionatını 2-ci yerdə başa vurub. Komanda bu mövsüm 3 oyuna 7 xal toplayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31