Türk futbolçuların bu kadrları efirə getmədi - VİDEO

Türk futbolçuların bu kadrları efirə getmədi - VİDEO

Türkiyə milli komandası Fransa yığmasına AVRO-2020-nin seçmə matçında vurduğu qolu əsgər salamı ilə qeyd edib.

Olaylar.az türk mediasına istinadən bildirir ki, hadisə Parisdəki "Stad de Frans"da keçirilmiş oyunun 82-ci dəqiqəsində baş verib.

Kaan Ayxanın bərabərlik qolundan sonra bütün futbolçular qapı arxasındakı tribunalara tərəf gediblər.

Onlar Türkiyə ordusunun "Barış pınarı" əməliyyatına dəstəklərini əsgər salamı ilə göstəriblər. Lakin fransalı rejissorlar bu epizodun televiziya ilə nümayişinə imkan verməyiblər.

https://bax.tv/video/76864.html

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31