Yaponiya Qran-prisi tayfuna görə təxirə salına bilər
Yaponiya Qran-prisi tayfuna görə təxirə salına bilər
9 Oktyabr 2019 18:33 İdman"Formula 1" üzrə Yaponiya Qran-prisi tayfuna görə təxirə salına bilər.
Olaylar.az goal.az-a istinadən xəbər verir ki, proqnozlara əsasən, yarışın keçiriləcəyi günlərdə küləyin sürəti 240 m/s-yə çata bilər. Ona görə də Qran-prinin 11 - 13 oktybarda reallaşmaması mümkündür.
Qeyd edək ki, sonucu dəfə 2014-cü ildə Yaponiyada tayfun "Formula 1" yarışına problem yaradıb. Həmin il oktyabrın 5-də keçirilmiş Qran-pridə "Marussia" komandasının pilotu Jül Byanki "Suzuka" trasında 126 km/saat sürətlə qəzaya uğrayıb və komaya düşüb. Fransalı sürücü 17 iyul 2015-ci ildə Nitsada vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31