“Real” Benzema ilə müqaviləni uzadıb - İlinə 11 milyon alacaq

“Real” Benzema ilə müqaviləni uzadıb - İlinə 11 milyon alacaq

"Real Madrid" hücumçusu Kərim Benzema ilə yeni müqavilə imzalayıb.

Olaylar.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə müqavilənin müddəti 2022-ci ilin yayınadək uzadılıb. Hücumçunun yeni müqaviləyə əsasən, illik gəliri 11 milyon avro olacaq.

Qeyd edək ki, Benzemanın Madrid təmsilçisi ilə keçmiş müqaviləsi 2021-ci ilin yayınadək idi.

Fransalı hücumçu cari mövsümdə "Real Madrid"in heyətində keçirdiyi 9 oyunda 6 dəfə fərqlənib.

azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31