Mahir Emreli millidən kənarlaşdırıldı

Mahir Emreli millidən kənarlaşdırıldı

Oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilimiş "Qarabağ" - "Sabah" oyununda zədələnən Mahir Emreli millimizin qeyd olunan oyunlarında iştirak edə bilməyəcək. Əvəzində, "Neftçi"dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub.

ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31