“Qarabağ”a qarşı təxribat törədənlər müəyyənləşdi – Foto
“Qarabağ”a qarşı təxribat törədənlər müəyyənləşdi – Foto
4 Oktyabr 2019 12:13 İdmanAvroliqanın 2-ci turu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" oyununda təxribat törədən şəxslər müəyyənləşib.
Olaylar.az bildirir ki, oyunun 31-ci dəqiqəsində hesab 2-0 təmsilçimizin xeyirinə olandan sonra "Qarabağ"a qarşı təxribat törədib meydandan dronla qondarma rejimin bayrağını açan ermənilərin fotosu sosial şəbəkələrdə yayılıb.
Təxribatçılar Ermənistanın "First Armenian Front" fan klubunun üzvləridir.
Xatırladaq ki, oyunun baş hakimi qarşılaşmanı dayandırıb. Oyunda yaranan fasilə ərəfəsində Lüksenburqun İdman Naziri "Qarabağ"ın futbolçularından və stadionda olan azarkeşlərdən stadionun şəhrçi bölməsindən üzr istəyib.
Hadisə ilə heç bir əlaqələrinin olmadığını, günhakarların tapılıb sərt şəkildə cəzalandırılacağını bildirib.
Lüksenburqun İdman Nazirinin ingilis dilində çıxışını stadiondan "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov orada olan azarkeşlərə Azərbaycan dilində çatdırıb.
10 dəqiqə fasilədən sonra matç yenidən davam edib.
