UEFA yeni turnirinin adını açıqladı – Rəsmi
UEFA yeni turnirinin adını açıqladı – Rəsmi
25 Sentyabr 2019 14:26 İdmanUEFA 2021-ci ildən keçiriləcək üçüncü dərəcəli klub turnirinin adınI açıqlayıb.
Olaylar.az UEFA-nın rəsmi "Twitter" səhifəsinə istinadən bildirir ki, İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasınıda turnirin adı Konfranslar Liqası adlandırılıb.
Yarışın formatı Çempionlar Liqasının formatı ilə oxşar olacaq. Belə ki, 32 komanda 8 qrup şəklində mübarizə aparılacaq. Qrup liderləri 1/8 finala birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü olan komanda ilə qarşılaşacaq.
Konfranslar Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.
Qeyd edək ki, Turnirin oyunları cümə axşamları keçiriləcək.