“Messinin ən yaxşı seçilməsi cəfəngiyyatdır”- Tanınmış ekspert
“Messinin ən yaxşı seçilməsi cəfəngiyyatdır”- Tanınmış ekspert
24 Sentyabr 2019 17:12 İdman"Arsenal"ın sabiq futbolçusu, ingiltərəli futbol şərhçisi Pol Merson "Barselona"nın hücumçusu Lionel Messinin dünən FİFA The Best versiyası üzrə ilin futbolçusu adını almasını etirazını bildirib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, tanınmış ekpert argentinalı futbolçunun bu dəfə həmin mükafata layiq olmadığını söyləyib.
"Bu, cəfəngiyyatdır. O, hər il etdiyini edir. Messi yeni səviyyəyə çıxmayıb. "Barselona"nın ötən mövsüm Çempionlar Liqasını qazanmasına kömək edə bilməyib. Bu mükafat xüsusi oyuna, uğurlara görə verilir. Van Deyk bunu etdi. "Liverpul"un Çempionlar Liqasını qazanmasında onun xidməti oldu. Səsvermənin yekunu gülüncdür. Bu, sirkdir", - deyə Pol Merson deyib.