“Beşiktaş”ın prezidenti istefa verdi

“Beşiktaş”ın prezidenti istefa verdi

"Beşiktaş"ın prezidenti Fikrət Orman istefa verib.

Olaylar.az türk mediasına istinadən bildirir ki, bunu keçirdiyi mətbuat konfransında o özü açıqlayıb.

Konfransda "Beşiktaş"da qan dəyişikliyinə ehtiyac var" - deyə F. Orman bildirib.

Qeyd edək ki, istefa ilə bağlı sabah klubun İdarə Heyətinin növbədənkənar iclası keçiriləcək. İstefa qərarının həmin iclasda təsdiqkənəcəyi gözlənilir.

Fikrət Orman 2012-ci ildən "Qara Qartallar"ın rəhbəridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31