FİFA-nın mükafat mərasiminə getməyən Ronaldodan qeyri-adi paylaşım - FOTO

FİFA-nın mükafat mərasiminə getməyən Ronaldodan qeyri-adi paylaşım - FOTO

Ötən gün FİFA tərəfindən verilən "İlin Ən Yaxşıları" mükafatlarının sahibləri bəlli olub.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, "Barcelona"nın ulduz oyunçusu Lionel Messi mükafatın sahibi olduğu zaman Ronaldo kitab oxuyurdu.

Mükafatlandırma mərasimində iştirak etməkdən imtina edən portuqaliyalı ulduz mərasimi izləməkdən də imtina edib.

Belə ki Ronaldo həmin vaxt kitab oxuyarkən bir fotosunu "İnstagram" hesabından paylaşıb.

Portuqaliyalı ulduzun bu paylaşımı izləyicilər arasında maraq doğurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31