"The Best" mükafatının finalçıları nə qədər səs toplayıb?

"The Best" mükafatının finalçıları nə qədər səs toplayıb?

FİFA-nın dünyanın ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatının finalçılarının yığdığı səslər açıqlanıb.

Olaylar.az "FİFA"-ya istinadən bildirir ki, mükafatın qalibi Lionel Messi 46 faiz səs toplayıb.  Ona məşqçilər 379, kapitanlar 377, jurnalistlər 364, azarkeşlər isə 1 milyon 359 min 727 səs verib.

Vircil van Deyk 38 faiz səslə ikinci olub. Ona məşqçilər  289, kapitanlar - 337, jurnalistlər - 462, azarkeşlər - 704 min 235 səs verib.

Kriştiano Ronaldo isə 36 faiz səslə üçüncü pillədə qərarlaşıb. Ona məşqçilər - 307, kapitanlar - 330, jurnalistlər - 264, azarkeşlər - 962 min 919 səs verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31