Ulduz futbolçu azarkeşlərdən qorunmaq üçün it aldı - Foto

Ulduz futbolçu azarkeşlərdən qorunmaq üçün it aldı - Foto

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Pol Poqba özünə mühafizəçi it alıb.

Futbolçu qorunmaq məqsədilə itlərin böyüdülməsi və tərbiyəsi ilə məşğul olan şirkətə 15 min funt ödəyib. Buna səbəb "qırmızı-şeytanlar"ın azarkeşinin 28 yaşlı futbolçuya qarşı aqresiv münasibət sərgiləməsi olub. Fanatlar klubun bazası yaxınlığında "Poqba Out" (Poqba, çıx) sözləri də yazıb.

Qeyd edək ki, bütün bunlara səbəb azarkeşlərin son zamanlar fransalı futbolçunun oyununu bəyənməməsidir. O, bir neçə oyunda real penaltiləri qola çevirə bilməyib.

Yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31