Çempionlar Liqasının ilk turunun ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

Çempionlar Liqasının ilk turunun ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci turunun ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Olaylar.az qurumun rəsmi saytına istinadən bildirir ki, həftənin ən yaxşı futbolçusu adına norveçli Erlinq Braut Haalland ("Zaltsburq", Almaniya), almaniyalı qapıçı Mark Ter Şteqen ("Barselona", İspaniya), argentinalı yarımmüdafiəçi Anxel Di Maria ("Paris Sen-Jermen", Fransa) və xorvatiyalı hücumameyilli yarımmüdafiəçi Mislav Orsiç ("Dinamo Zaqreb", Xorvatiya) iddialıdırlar.

Qeyd edək ki, qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində sabah müəyyənləşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31