Həbib Nurməhəmmədovdan məğlub etdiyi rəqibinə BÖYÜK JEST
Həbib Nurməhəmmədovdan məğlub etdiyi rəqibinə BÖYÜK JEST
17 Sentyabr 2019 12:47 İdmanMMA üzrə yüngül çəki dərəcəsində UFC çempionu Həbib Nurməhəmmədov son döyüşdə məğlub etdiyi Dastin Poryenin xeyriyyə fonduna 100 min dollar köçürüb.
Rusiyalı idmançının bu addımı atmasını ABŞ döyüşçüsünün özü açıqlayıb.
D.Porye bildirib ki, H.Nurməhəmmədov bu məbləği "Good Fight Foundation"un hesabına köçürüb. Bu fond Uqandada içməli su quyusunun tikintisi ilə məşğuldur.
Qeyd edək ki, H.Nurməhəmmədov sentyabrın 7-də BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən UFC-242-də D.Poryeni 3-cü raundda məğlub edib.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31