UEFA “Qarabağ”a dörd milyon avro verdi
UEFA “Qarabağ”a dörd milyon avro verdi
16 Sentyabr 2019 18:10 İdman"Qarabağ" Futbol Klubuna cari mövsüm Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən 2 milyon 750 min avro vəsait ayrılıb.
Olaylar.az xəbər verir ki, artıq vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.
Qeyd edək ki, bu vəsait Avroliqanın qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.
Bundan əlavə, "Qarabağ" FK-nın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə, UEFA-nın ayırdığı 1 milyon 142 min 880 avro vəsait də AFFA-nın vasitəçiliyi ilə "Qarabağ"ın hesabına köçürülüb.
Bu isə o deməkdir ki, Ağdam klubu UEFA-dan təxminən 4 milyon avro qazanc əldə edib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31