Həbib bu yarışdan 6 milyon dollar qazanacaq
Həbib bu yarışdan 6 milyon dollar qazanacaq
4 Sentyabr 2019 18:14 İdmanUFC versiyası üzrə dünya çempionu Həbib Nurməhəmmədov növbəti döyüşə hazırlaşır.
Olaylar.az xəbər verir ki, rusiyalı döyüşçü amerikalı həmkarı Dastin Porye ilə qarşılaşacaq. Döyüş sentyabrın 7-də Əbu-Dabidə baş tutacaq.
Artıq Nurməhəmmədovun bu döyüşdən əldə edəcəyi məbləğ də açıqlanıb. Rusiyalı döyüşçü qarşılaşmada 6 milyon dollardan çox qazanacaq. Bu barədə onun atası Abdulmanap Nurməhəmmədov məlumat verib.
"Bu dəfə qanorar əvvəlki döyüşdən 3-3,5 dəfə çox olacaq. Biz öz qiymətimizi bilirik. Qəpik-quruş üçün döyüşmürük", - deyə ata Nurməhəmmədov bildirib.
Qeyd edək ki, Həbib irlandiyalı Konor Makqreqorla döyüşdən 2 milyon dollar qazanmışdı.
qaynarinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31