Üç qat Olimpiya çempionu evində ölü tapıldı

Üç qat Olimpiya çempionu evində ölü tapıldı

Biatlon üzrə üç qat Olimpiya çempionu, norveçli idmançı Halvard Hanevold 49 yaşında dünyasını dəyişib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Hanevold evində ölü tapılıb. Ölümün təfərrüatları, hələ ki, açıqlanmır.

Norveç Biatlonçular İttifaqının prezidenti Arne Horten Hanevoldun ölümünü idman ictimaiyyəti üçün böyük itki adlandırıb. "Norveç biatlonu üçün kədərli gündür" o deyib.

Qeyd edək ki, Hanevold 1998, 2002 və 2010-cu illərdə Olimpiya çempionu olub. Bundan əlavə, onun aktivində dünya çempionatlarının beş qızıl medalı var. Biatlonçu karyerasına 2010-cu ildə son qoymuşdu. İdmandan gedəndən sonra o, Norveç telekanalında ekspert qismində çıxış edirdi.

Hanevoldun həyat yoldaşı və iki övladı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31